Məşhur serialda Öcalan səhnəsi (FOTO)

Serialın 7-ci seriyasının nümayişi vaxtı bu səhnə filmdən çıxarılıb

Türkiyənin telekanallarından birində nümayiş olunan serialın anonsunda terrorçu lider Abdullah Öcalanın göstərilməsi etirazla qarşılanıb.ANS PRESS-in məlumatına görə, "Reaksiyon" filminin anonsunda Kobani üçün keçirilən etiraz aksiyaları öncəsi PKK lideri Abdullah Öcalanla görüş səhnəsi nümayiş olunub.Tamaşaçıların çoxsaylı etirazlarından sonra serialın 7-ci seriyasının nümayişi vaxtı bu səhnə filmdən çıxarılıb.Serialın prodüsserləri bu səhnənin yayımlanmaması barədə hər hansı açıqlama verməyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31