Kriminal
Gədəbəydə 22 yaşlı şəxs bıçaqlandı
Göyçayda qardaş bacısını qətlə yetirdi
Qız anasını uçurumdan atdı
Bakıda oteldə yanğın
Bakı metrosunda ölüm
Gəncədə ev yanıb
Qız anasını uçurumdan atdı İsmayıllıda DƏHŞƏT
Salyanda iki avtomobil toqquşdu sürücü yaralanıb
Bakıda idman mərkəzində qan töküldü 19 yaşlı gənci bıçaqladılar
Akif Çovdarovun məhv etdirdiyi video-görüntülərdə nələr varmış? - İTTİHAM AKTINDAN
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun və digərlərinin cinayət işindən bəzi məqamlar ortaya çıxmaqda davam edir.
İstintaq zamanı ifadə verəndə mənə hər hansı təzyiq olmayıb- Nardaran işi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Maşından pul oğurlayan saxlanıb
Noyabrın 9-da Bakı şəhər sakini İlqar Əliyevə məxsus "Kia" markalı avtomobildən 100 ABŞ dolları oğurlanıb. DİN-dən verilən məlumata görə, Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini Sevinc Avdullayeva saxlanılıb.
Fındıq oğrusu tutulub
Noyabrın 9-da Zaqatala rayon sakini Feyzulla Həsənova məxsus evin həyətindən 35 kiloqram fındıq oğurlanıb. DİN-dən verilən məlumata görə, Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən həmyerlisi Elçin Hacıyev tutulub. Araşdırma aparılır.
Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib
Noyabrın 10-da saat 13 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakinləri Samirə Şəkərəliyeva, Ramil Xəlilov və Hökməli qəsəbə sakini Əliağa Əliyev vurulmuşlar. Onlar xəstəxanaya yerləşdirilmiş, Ə.Əliyev orada ölüb. DİN-dən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Dacia" markalı avtomobilin sürücüsü Müşviqabad qəsəbə sakini Ağaşah Məmmədəliyev saxlanılıb.
Keçmiş məhkum həmyerlisini bıçaqladı
Noyabrın 9-da Sumqayıt şəhər sakini Xaliq Əbilova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurulub. DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vurmaqda şübhəli bilinən həmyerlisi Nurlan Əbulov tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
.jpg)













