Bakı metrosunda ölüm

Bakı metrosunda ölüm hadisəsi baş verib.

Milli.Az-ın hadisə yerində olan müxbiri xəbər verir ki, bu dəqiqələrdə "Koroğlu" metro stansiyasının keçidində 45-50 yaş arasında olan qadın dünyasını dəyişib.

Polislər hadisə yerinə yaxınlaşmağa icazə vermirlər. Stansiyaya təcili tibbi yardımın əməkdaşları gəliblər. Şahidlərin sözlərinə görə, təcili tibbi yardım gec gəlib.

Bu gün metronun "Koroğlu" stansiyasında vəfat edən qadının kimliyi müəyyənləşib. Lent.az-ın məlumatına görə, hadisə yerinə Nizami Rayon Prokurorluğunun əməkdaşları gəliblər. Məlum olub ki, vəfat edən qadın 1966-cı ildə Gürcüstan Respublikasında anadan olmuş, Suraxanı rayon sakini olan Əhmədova Gülnarə Səməd qızıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31