Qız anasını uçurumdan atdı
13 Noyabr 2016 19:47 KriminalSakinlər publika.az-a bildiriblər ki, qadın artıq xəstəxanaya aparılıb. Onun vəziyyəti ağır qiymətləndirilir və yaşamasının qeyri-mümkün olduğu ehtimal edilir.
Hadisənin səbəbkarı Gülzadə Həmzəyeva isə polis tərəfindən saxlanılıb.
* * *14:11
Bu gün İsmayıllı rayonunun Qalacıq kəndində dəhşətli hadisə baş verib.
Publika.az-ın məlumatına görə, Gülzadə Həmzəyeva adlı qız anası Şükufə Həmzəyeva ilə uzun müddət yola getməyib. Buna görə də kəndin icra nümayəndəsi onlara vaqon verib ki, ayrı-ayrı yerlərdə yaşasınlar. Lakin bu da ana və qızın mübahisəsini səngitməyib. Nəticədə bu gün səhər 19-20 yaşı olduğu təxmin edilən Gülzadə Həmzəyeva anası, 70 yaşlı Şükufə Həmzəyevanı kəndin yaxınlığındakı uçuruma gətirərək oradan aşağı atıb.
Təxminən 30-40 metr hündürlüyü olan uçurumdan düşən yaşlı qadını kənd sakinləri xilas edərək evə gətirib və polisi hadisə ilə bağlı məlumatlandırıblar. Qadın ölməsə də, bədənində çoxsaylı sınığın olduğu deyilir.
Qeyd edək ki, Gülzadə Həmzəyevanın ruhi xəstə olduğu bildirilir. O bir neçə gün öncə Bakıda ruhi müalicə alaraq İsmayıllıya qayıdıb.