Kriminal
Soyğunçunun cibindən narkotik çıxdı
Noyabrın 10-da Q.Qarayev prospektindəki ticarət mərkəzində, orada satıcı işləyən Bakı şəhər sakini Əli Əliyevin mobil telefonunu soyğunçuluq yolu ilə əlindən alınıb. DİN-dən verilən məlumata görə, Nizami RPİ 24-cü PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində telefonu almaqda şübhəli bilinən paytaxt sakini Hüseyn Hüseynov tutulub. Ondan 1,098 qram heroin götürülüb.
Rusiya vətəndaşının Gəncədəki evindən silah çıxdı
Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasının vətəndaşı Elbrus Həsənovun Gəncə şəhərindəki evinə baxış keçirilib. DİN-dən verilən məlumata görə, baxış zamanı oradan müvafiq sənədləri olmayan "İJ-16" və "TOZ-8" markalı tüfənglər 78 ədəd patron və 6 ədə boş giliz aşkar edilərək götürülüb.
Tağı Əhmədovun qardaşı oğlunu döyən şəxsdən xəbər var
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovla birlikdə həbs edilən Orxan Osmanovun ibtidai istintaq zamanı verdiyi ifadə məlum olub.
Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ŞOK! SON DƏQİQƏ! Bakıda avtomobil qatarla toqquşdu
Bakıda minik avtomobili yük qatarı ilə toqquşub. Sfera.az-ın apa-ya istinadən məlumatına görə, hadisə Xəzər rayonunda, Qala yolunda qeydə alınıb.
Həbsdəki general istintaqda azərbaycanlı oliqarxların adını çəkdi
Rusiya Daxili İşlər Nazirliyinin iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə Baş idarəsinin keçmiş rəisi, 2014-cü ilin mayında həbs olunan general-leytenant Denis Suqrobovun işi üzrə istintaq materialları yayılıb.
Ölkəyə pirotexniki vasitələr gətirmək cəhdinin qarşısı alınıb
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobildən gömrük nəzarətindən gizlədilən 3 adda, ümumilikdə 59 216 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Bakı yaxınlığında DƏHŞƏT: Maşın 3 nəfərin üstündən keçdi
Daxili İşlər Nazirliyi Aşağı Güzdəkdə baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Milli.Az DİN-ə istinadən xəbər verir ki, noyabrın 10-da saat 13 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakinləri Samirə Şəkərəliyeva, Ramil Xəlilov və Hökməli qəsəbə sakini Əliağa Əliyev vurulublar. Onlar xəstəxanaya yerləşdiriliblər və Ə.Əliyev orada ölüb.
Qubada inzibati bina yanıb
Quba rayonu, Amsar kəndində ümumi sahəsi 440 m2 olan taxta konstruksiyadan ibarət ikimərtəbəli 8 otaqlı inzibati binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyndən verilən məlumata görə, nəticədə binanın 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 50 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaradağda 3 otaqlı ev yanıb
Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus 3 otaqlı ev yanıb. DİN-dən verilən məlumata görə, nəticədə ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı qonşu ev yanğından mühafizə olunub. Yanğın saat 05:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Ər arvadına od vurub yandırdı
Ağdamda ər arvadını yandırıb. Hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb. Yanıq xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Vəliyeva Kima Zaman qızı polisə ilkin ifadəsində həyat yoldaşı İsmayıl Əliyev tərəfindən yandırıldığını bildirib. Məlumata görə, Ağdam Rayon Polisi İdarəsindən APA-ya bildirilib ki, İ. Əliyev arvadı, K. Vəliyevanın üstünə benzin tökdükdən sonra od vurub.K. Vəliyevanın müəllim olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.
Kürdəmirdə 3 otaqlı ev yanıb
Kürdəmirdə yanğın hadisəsi qeydə alınıb.”Olaylar” Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, rayonun Şahsevən kəndində vətəndaşa məxsus ümumi sahəsi 216 m2 olan kürsülü birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxinin yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Akif Çovdarov: "Mənə bu məhkəmə və onun qərarı maraqlı deyil"
Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç keçmiş MTN əməkdaşının məhkəmə prosesi davam etdirilib.
57 büküm heroini daxili orqanında gizlədib
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb. DGK-nın mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı vətəndaşın daxili orqanlarında (mədə və düz bağırsağında) 57 ədəd bükümdə, xalis çəkisi 131,10 qram olan narkotik vasitə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Bakıda soyğunçular ifşa edilib
Noyabrın 7-də Bakı şəhər sakini Mayıl Bağırovun 328 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə oğurlanıb. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Tovuz rayon sakini Şahin Sultanov və Ağdam rayon sakini Nurəddin Tağıyev tutulub, daha 1 nəfər isə müəyyən edilib.














