Kriminal

Lokomotiv depoda oğurluq olub

10 Noyabr 2016 16:13

Noyabrın 4-dən 7-dək olan müddətdə Gəncə lokomotiv deposundan elektrovoza məxsus 7 ədəd hava çəni oğurlanıb. DİN-dən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində çəni oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Ramal Məmmədov tutulub.

Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

10 Noyabr 2016 16:10

Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 8-də rayon sakini Bəhram Hüseynovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "Mercedes" markalı avtomobilin sürücüsü, həmyerlisi Fəxri Əliyev tutulub. Faktla bağlı araşdırma aparılır. 

Akif Çovdarovun cinayət işi üzrə məhkəmənin baxış iclası noyabrın 14-ə təyin edilib -YENİLƏNİB1

10 Noyabr 2016 16:01

Günün ikinci yarısında Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

İki nəfəri vuran sürücü saxlanıb

10 Noyabr 2016 15:53

Paytaxtda 2 nəfəri vurub aradan çıxan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Bakı BPİ DYPİ və Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 8-də Bakı şəhər sakinləri Aytac Abbasovanın və Nizyan Cəbiyevanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "Renault" markalı avtomobilin sürücüsü - paytaxt sakini Elvira Banlıyeva saxlanılıb. Araşdırma aparılır. 

Goranboyda 3 otaqlı ev yanıb

10 Noyabr 2016 15:53

Goranboy rayonu, Nizami kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 110 m² olan birmərtəbəli, kürsülü 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunubr. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Keçmiş məhkumdan marixuana götürülüb

10 Noyabr 2016 15:52

Balakən sakinindən narkotik vasitə götürülüb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakini Pərviz Abdullayevdən 1 kiloqram 510 qram marixuana götürülüb. Ətrafında aparılan araşdırmalar zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib. 

Şahid: “Poliuretan məhsullarına saxta sertifikat verilib”

10 Noyabr 2016 15:34

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. SİA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, zərərçəkmişlərdən biri rayonda, biri isə tədbirdə olduğu üçün məhkəmədə iştirak edə bilmirlər və növbəti məhkəmə prosesinə qatılacaqlar.

Ölkədən 20 min dolların çıxarılmasının qarşısı alındı

10 Noyabr 2016 15:06

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı-Tbilisi aviareysilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikasının vətəndaşı hərəkətləri şübhə doğurduğuna görə saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.Yoxlama zamanı vətəndaşın şalvarının və pencəyinin ciblərində, əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən 200 ədəd – hər biri 100 ABŞ dolları nominalında pul əskinasları olmaqla, cəmi 20.000 ABŞ dolları aşkar edilib.Faktla bağlı araşdırma aparılır.

Döydülər, üstəlik 1100 manatını da apardılar

10 Noyabr 2016 15:01

Ötən gecə paytaxtda quldurluq hadisəsi baş verib. Naməlum şəxslər zərərçəkəni döyərək 1100 manatını aparıblar. Məlumata görə, hadisə Nizami rayonunda quldurluq hadisəsi baş verib. Xalqlar Dostluğu metrosunun yaxınlığında 20 yaşlı Elyazov Rüstəm Göyüş oğlu döyülüb. O, çənəsinin sınığı diaqnozu ilə xəstəxanaya çatdırlıb. Ona dərhal tibbi yardım göstərilib. Polis əməkdaşları Rüstəm Elyazovu dindiriblər. O, ifadəsində bildirib ki, tanımadığı şəxslər onu döyüb cibində olan 1100 manat pulunu götürərək qaçıblar. Faktla əlaqədar cinayət işi başlanıb. Hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat keçirilir. Araşdırmalar davam edir.

Axtarışda olan şəxslərin 65,4 faizi tutulub

10 Noyabr 2016 13:16

Cari ilin 9 ayında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə axtarılan şəxslərin 65,4 faizi tutulub, ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq göstərici 3,3 faiz yaxşılaşıb. Bu barədə DİN-dən verilən məlumata görə, axtarışda olan şəxslərin yerlərinin müəyyən edilib tutulması məqsədilə MDB-yə üzv ölkələrə əməliyyat qrupları göndərilib və nəticədə respublikadan kənarda olan 35, eləcə də MDB ölkələrinin hüquq-mühafizə orqanları tərəfindən axtarılan 190 nəfərin yeri müəyyən edilib. İtkin düşmüş şəxslərin axtarışının təşkili və həyata keçirilməsindən danışan məruzəçi qeyd edib ki, ötən müddətdə itkin düşmüş şəxslərin 71,1 faizinin yeri müəyyən edilib. Müvafiq sahədə fəaliyyətin nəticələri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz yaxşılaşıb.

Şirkətlərdən oğurluq edən dəstə zərərsizləşdirilib

10 Noyabr 2016 13:02

Bakıda şirkətlərdən oğurluq edən dəstə zərərsizləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 3-nə keçən gecə Dərnəgül qəsəbəsi ərazisində yerləşən "Kontakt" və "Evrolux" şirkətlərinə məxsus anbardan pəncərədən girmək yolu ilə məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şuşa rayon sakini Saleh Mehdiyev tutulub.

Tağı Əhmədov "44 ilə qazandığı" 3 milyonu Çovdarovdan geri istəyir

10 Noyabr 2016 12:05

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov hazırda həbsdə olan Akif Çovdarova qarşı yeni iddia qaldırıb.

Pentensiar Xidmətdən Akif Çovdarovun səhhəti barədə- AÇIQLAMA

8 Noyabr 2016 18:15

Ədliyyə Nazirliyinin Pentensiar Xidməti ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun səhhətinin pisləşməsilə bağlı vəkilinin irəli sürdüyü iddialara cavab verib.

Keçmiş MTN-çi: "Çovdarov dedi, səni buradan iti qovan kimi qovaram..."

8 Noyabr 2016 18:01

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə şahid qismində dindirilmiş həmkarlarının istintaqa ifadələri zamanı bəzi məqamlar ortaya çıxıb.

Ərini öldürməkdə təqsirləndirilən qadının məhkəməsi baş tutmadı

8 Noyabr 2016 17:41

Həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesin növbəti iclası təxirə salınıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkillərinin məhkəməyə gəlmədiyi elan olunub. Məhkəmə prosesi noyabrın 14-dək təxirə salınıb.