Kriminal
Polis "qara bazar"dan 7 milyon manatlıq narkotik vasitə götürüb
Bu ilin ötən dövründə 28 ərazi qurumu ilə qarşılıqlı əlaqədə 119 əməliyyat-profilaktik tədbir keçirilərək, qanunsuz dövriyyədən 160 kiloqrama yaxın tiryək, 37,7 kiloqram heroin, 14 kiloqram həşiş olmaqla, ümumilikdə, təxminən 211 kiloqram güclü təsirə malik narkotik vasitə götürülüb.
Rabitə Nazirliyinin sabiq məmurları ilə birgə təqsirləndirilən iş adamı axtarışa verildi
Mənimsəmə və israfetmə, vəzifə saxtakarlığı və digər maddələrdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq yüksək rütbəli məmurlarının cinayət işi üzrə təqsirləndirilən şəxslərdən biri barədə axtarış elan olunub.
Üç nəfəri öldürən sürücüyə 8 il yarım CƏZA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Zaur Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Xətaidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində icra başçısının müavini ifadə verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqovun, Zaur Əşrəfovun və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Nardaran hadisələrində təqsirləndirilən daha 12 nəfərin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb
Ötən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfər barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
MTN əməkdaşları Tağı Əhmədovun qardaşı oğluna necə işgəncə verib? - ŞOK İFADƏ
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə şahid qismində dindirilmiş bəzi MTN əməkdaşlarının ifadələri məlum olub.
Binəqədidə yanan bina ilə bağlı məhkəmədə vəkillər arasında mübahisə düşüb - YENİLƏNİB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi fasiləndən sonra davam etdirilib.
Akkumlyator oğrularının digər əməlləri də ifşa olundu
Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da Bakı şəhər sakinləri Kamran Hacıyevə məxsus "ZİL-130" və Xəyal Cabbarova məxsus"QAZel" markalı avtomobillərdən akkumlyator oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Elmar Hüseynli və Bəxtiyar Camalov tutulublar. DİN-dən verilən məlumata görə, ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların iyunun 26-da Qalib Ziyadova məxsus "Nissan" markalı avtomobildən 850 manat pul, noyabrın 1-də Kərəm Cəfərova məxsus "VAZ-2106" markalı avtomobildən 500 manat pul, mobil telefon və maqnitofon oğurlamaları da müəyyən edilib.
İdman zalından kombi oğurlayan yaxalanıb
Paytaxtda qeyri-adi oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 7-nə keçən gecə rayon ərazisindəki idman zallarından birindən kombi aparatı oğurlamaqda şübhəli bilinən Astara rayon sakini Emin Baxşıyev tutulub. Araşdırma aparılır.
"London Taxi" piyadanı vurub öldürüb
Noyabrın 7-də saat 19 radələrində Sumqayıt şəhərində Bakı şəhər sakini Elnur Abdullayev idarə etdiyi "London Taxi" markalı avtomobillə yolu keçən Ceyranbatan qəsəbə sakini Hüseynxan Şahsuvarovu vurub. DİN-dən verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Maşından pul oğurlayan tutulub
Paytaxtda avtomobildən oğurluq edən şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-də Bakı şəhər sakini Tofiq Teyfurova məxsus "Ford" markalı avtomobildən 138 manat və sənəd oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Simran Ağayev tutulub. Araşdırma aparılır.
Klubdan televizor oğurlayanlar ələ keçib
Bakıda oğurluq hadisəsinin üstü açılıb. DİN-dən verilən məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı BPİ DYPİ və Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də Nəsimi rayonu ərazisindəki klublardan birindən 7 ədəd televizor və 3 ədəd oyun aparatı oğurlamaqda şübhəli bilinən "VAZ-21154" markalı avtomobilin sürücüsü, Cəlilabad rayon sakini Cavid Urşanov tutulub, daha 2 nəfər isə müəyyən edilib.
Azərbaycanlı oliqarxların 1 milyardlıq var-dövlətinə həbs qoyuldu
Rusiyanın İstintaq Komitəsi əslən Azərbaycanın "Qırmızı qəsəbə"sindən olan Roman və Solomon Manaşirov qardaşlarının 1 milyard dollardan çox dəyəri olan aktivlərinə həbs qoyulması barədə vəsadət qaldırıb.
Mənzildən 65 yaşlı qadının meyiti tapıldı
Şirvanda mənzildə qadın meyiti tapılıb. “Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1951-ci il təvəllüdlü Mövlayeva Lətifə Dəmir qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Elektrik sobasında tapança keçirmək istədi
Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının əl yükünə “Heimann X-Ray” texniki nəzarət vasitəsi ilə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı əl yükündə olan elektrik sobasının içərisindən hissələrə ayrılmış şəkildə 1 ədəd pnevmatik tapança aşkar edilib. Faktla bağlı araşdırma aparılır.














