Kriminal

Vidadi Zeynalov və digərlərinin məhkəməsi noyabrın 16-a təxirə salınıb - YENİLƏNİB

8 Noyabr 2016 11:58

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Zərərçəkmiş: "Maşallah Əhmədova iki sillə vurdum"

8 Noyabr 2016 11:33

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

“Taleh Bağırovun tərəfdarlarının atdığı daş başıma dəydi”

7 Noyabr 2016 18:48

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qaçaqmalçılar saxlanıldı

7 Noyabr 2016 17:44

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında  Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə gedən Azərbaycan Respublikası vətəndaşı Xartumov Abdula Hacımusa oğlunun idarə etdiyi  “Hyundai Grand Santafe”  markalı 20DJ244 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə “Xanoba” gömrük postunda gömrük baxışı keçirilib.

Ukrayna Azərbaycan vətəndaşını axtarışa verdi

7 Noyabr 2016 17:39

Ukrayna polisi qəsdən adam öldürməkdə təqsirli bilinən Azərbaycan vətəndaşını axtarışa verib.

"Eldar Mahmudov telefonların dinlənilməsinə icazə vermişdi..."

7 Noyabr 2016 17:37

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generallarının ittiham olunduqları cinayət əməlləri üzrə epizodların detalları bəlli olur.

Silah alverçisinin qoları qandallanıb 

7 Noyabr 2016 17:27

Lənkəran şəhər sakini Mahir Məmmədov noyabrın 2-də "Makarov" markalı silahla tutulub. DİN-dən verilən məlumata görə, ətrafında Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun həmin silahı Astara rayon sakini Sücayət Hacızadədən 500 manata alması müəyyən edilibr. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hacızadə də tutulub.

Maşınları qarət edən dəstə ifşa edilib

7 Noyabr 2016 17:25

Gəncədə maşınlara qənim kəsilən dəstə zərəsizləşdirilib. DİN-dən verilən məlumata görə, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 14-dən 18-dək olan müddətdə şəhər sakinləri olan 5 nəfərə məxsus avtomobillərdən dövlət qeydiyyat nişanları, faralar, maqnitofon və təkər oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Mehman Əliyev və Məcid Sultanov tutulub, daha 1 nəfər isə müəyyən edilib.

Qadını vurub qaçan sürücü tutulub

7 Noyabr 2016 17:24

Noyabrın 5-də saat 18 radələrində Şabran şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Nazim Soltanov vurulub və o, hadisə yerində ölüb. DİN-dən verilən məlumata görə, Baş İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "DAF" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Fərid Qasımov saxlanılıb.

Axtarışda olan şəxs tutulub

7 Noyabr 2016 17:22

Qəsdən adam öldürmə maddəsilə axtarışda olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Sabunçu RPİ və İsmayıllı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Canbulad Hüseynov tutulub. 

“Qanun” nəşriyyatından oğurluq edənlər yaxalandılar

7 Noyabr 2016 17:21

DİN-in və Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidmətləri və Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Feyruz Novruzov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Natiq İsayev, İsmayıl Yusifov, Neftçala rayon sakinləri Vüsal Əsgərov, Şahmar Abdulov və Zəngilan rayon sakini Vüqar Səlimov saxlanılmışlar. F.Novruzovdan 1,26 qram heroin, N.İsayevdən 1,32 qram, İ.Yusifovdan 2,37 qram, V.Əsgərovdan 1,515 qram, Ş.Abdulovdan 1,375 qram və V.Səlimovdan 1,960 qram tiryək aşkar edilərək götürülmüşdür.

Vidadi Zeynalov vəzifəli şəxslərdən hər ay pul alıb

7 Noyabr 2016 16:51

Mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalovun cinayət işi üzrə yeni detallar üzə çıxıb.

Balıq tutan 2 nəfəri elektrik cərəyanı vurub

7 Noyabr 2016 16:01

Azərbaycanda iki nəfər bədbəxt hadisə nəticəsində ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Astara rayonunun Şahağacı kəndində rayon sakini Rahim İmanov kanalda balıq tutarkən kanalın üstündən keçən yüksək gərginlikli kabelə dəyib və onu elektrik cərəyanı vurub. Xəstaxanaya yerləşdirilən R.İmanov orada ölüb. Digər bədbəxt hadisə Lənkəran rayonunun Viyən kəndində qeydə alınıb. Orada yaşayan Əkrəm Hüseynov təmir işləri apardığı evdə hündürlükdən yıxılaraq ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Külli miqdarda yaddaş kartını gizlətmək cəhdi baş tutmayıb 

7 Noyabr 2016 15:19

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonlar üçün nəzərdə tutulan külli miqdarda yaddaş kartının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Bakı Karqo Terminalına, Azərbaycan Respublikası vətəndaşının adına gömrük bəyannaməsində göstərildiyi kimi, mobil telefon aksesuarları - LCD ekranlar və telefon üzlükləri (kaburaları) daxil olub. Lakin mallara rentgen aparatıyla baxış keçirilərkən monitorda bəyannamədə göstərilməyən malların təsviri görünüb və bununla bağlı təkrar gömrük yoxlaması aparılıb.Yoxlama zamanı, LCD ekran qutularına qablaşdırılan, gömrük bəyannaməsində və mal-müşayiət sənədlərində göstərilməyən cəmi 6930 ədəd yaddaş kartı aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsinin keçirildiyi zalda dəmir barmaqlıqlar şüşə qəfəslə əvəz olunub

7 Noyabr 2016 14:28

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.