Kriminal

İrandan psixotrap maddə keçirmək cəhdinin qarşısı alınıb

7 Noyabr 2016 14:10

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana gələn qonşu ölkənin vətəndaşının idarə etdiyi yük avtomobilinin yoxlanması zamanı nəqliyyat vasitəsinin kabinəsində üzərində "XANAX 0,5 mg ALPRAZOLAM" sözləri yazılmış 100 konvalyut dərman preparatı aşkar edilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, alprazolam adlı dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III Siyahısına daxildir. Aşkar edilən 100 konvalyutda ümumi sayı 1000 ədəd olan həbdə alprazolamın təsiredici maddəsinin ümumi miqdarı 0,5 qram təşkil edir. Faktla bağlı araşdırma aparılır.

Akif Çovdarovun sürücüsü: "Akif Çovdarovun Badamdarda üç villası, Novxanıda bağ evi və sirkin yanında evi var"

7 Noyabr 2016 14:05

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin cinayət işi üzrə şahid qismində dindirilmiş şəxslərin bəzilərinin ifadələri məlum olub.

Polis azərbaycanlının "Qazel"inə 8 güllə vurdu

7 Noyabr 2016 11:59

Rusiyanın Sankt-Peterburq vilayətinin Qatçinsk rayonunda yol patrul polisi 41 yaşlı Azərbaycan vətəndaşının idarə etdiyi "Qazel" avtomobilini dayandırmaq üçün silah tətbiq etməli olub.

Mahmudov İFADƏ VERDİ: "Heç nədən xəbərim olmayıb"

7 Noyabr 2016 11:38

Ləğv edilmiş Milli Təhülkəsizlik Nazirliyinin generalı Akif Çovdarovun ittiham olunduğu epiozodlardan biri, dövlət büdcəsinin mənimsənilməsi işi üzrə sabiq nazir Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudov da istintaqa cəlb olunub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş işçilərinin əmlakına həbs qoyuldu

7 Noyabr 2016 11:21

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş əməkdaşlarının bir çoxunun əmlak və mülklərinə həbs qoyulub.

Biznesmen ərini öldürən tibb bacısının məhkəməsi yekunlaşdı

4 Noyabr 2016 18:02

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"10 min manat pul vermişəm" - Məşhur yazıçının oğlunun MƏHKƏMƏSİNDƏ

4 Noyabr 2016 17:58

Dələduzluqda təqsirləndirilən tanınmış yazıçısı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin cinayət işi üzrə növbəti məhkəməsi davam edib.

MTN generalının Rusiyadakı şirkəti – “PEŞƏKAR KÖSTƏBƏK”

4 Noyabr 2016 17:33

Sabiq MTN generalı Akif Çovdarovla bağlı maraqlı məlumat əldə etmişik. Rusiyadakı etibarlı mənbələrdən Lent.az-a daxil olan məlumata görə, bir vaxtlar Rusiyanın Sverdlovsk vilayətinin Serov şəhərində taxta emalı və satışı ilə məşğul olan general orada özünə şirkət də qurubmuş.

Çovdarovun mühafizəçiləri rəisin qardaşını silahla təhdid edib

4 Noyabr 2016 17:24

Ləğv edilmiş MTN-dəki Mahmudov-Çovdarov mütəşəkkil qruplaşmasının sahibkarları ovlayıb soyması, mal-mülkünü, pullarını qəsb etməsi təkcə Bakı şəhəri ilə məhdudlaşmırdı. Vaxtilə bölgələrdə də qruplaşmanın bu əməllərindən xeyli ziyan çəkənlər olub.

Odlu silahı polisə könüllü təhvil verib

4 Noyabr 2016 15:53

Nardaran sakini qəsəbə ərazisindən odlu silah tapıb. DİN-dən verilən məlumata görə, Sabunçu rayonunun Nardaran qəsəbə sakini Ələddin Əsədov tapdığı nömrəsi silinmiş ov tüfəngini və 9 ədəd patronu könüllü olaraq 42-ci PB-yə təhvil verib. 

Xadimənin çantasını oğurlayan ələ keçib

4 Noyabr 2016 15:52

Noyabrın 3-də Xətai rayonu ərazisində yerşələn mağazalardan birinə gəlmiş naməlum şəxs orada xadimə işləyən Bakı şəhər sakini Ülkər Məhərrəmovaya məxsus içərisində 400 manat pul olan çantanı soyğunçuluq yolu ilə aparıb. DİN-dən verilən məlumata görə, Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Lerik rayon sakini, əvvəllər məhkum olunmuş Fikrət Feyziyev tutulub. Araşdırma aparılır. 

Bakıda 19 yaşlı qız maşın qaçırdı 

4 Noyabr 2016 15:51

Noyabrın 3-də Sabunçu rayonunun Zabrat qəsəbəsindən Bakı şəhər sakini Natiq Zülfüqarova məxsus "Mercedes" markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən həmin avtomobilin Q.Qarayev prospektində hərəkətdə olması aşkar edilib. Bakı BPİ DYPİ əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil saxlanılaraq onu idarə edən Bakı şəhər sakini, 19 yaşlı Aygün Hüseynova ilə birgə 15-ci PB-yə təhvil verilib.

Keçmiş məhkum “iş başında” yaxalandı

4 Noyabr 2016 15:49

Noyabrın 3-də saat 03 radələrində Binəqədi rayonunun 8-ci mikrorayon ərazisində yerləşən apteklərdən birindən Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. DİN-dən verilən məlumata görə, dərhal hadisə yerinə gəlmiş RMİ əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini Hikmət Yusifov tutularaq 5-ci PB-yə təhvil verilib. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun əvvəllər məhkum olunduğu müəyyən edilib. 

Quldurluq edən 6 aydan sonra tutuldu

4 Noyabr 2016 15:48

Cari il mayın 16-da Ağstafa rayon sakini Səmayə Baxşıyevaya məxsus evdən quldurluq yolu ilə 1800 manat və 13100 ABŞ dolları pul, habelə 1000 ABŞ dolları dəyərində qızıl əşyaları oğurlanıb. DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Ağstafa RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aparmaqda şübhəli bilinən Yenigün kənd sakini Nəsib Tağıyev tutulub. Daha 1 nəfər isə müəyyən edilib. Hazırda əməliyyat-axtarış işləri davam edir.