Kriminal

İnterpol 34 yaşlı azərbaycanlını axtarır

4 Noyabr 2016 15:24

Daha bir azərbaycanlı İnterpol vasitəsilə axtarışa verilib. Olaylar.az Trend-ə istinadən bildirir ki, Bakı şəhərində anadan olan, 1982-ci il təvəllüdlü Emin Səmədov külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham olunur.

Çantasında narkotik keçirmək istədi

4 Noyabr 2016 13:26

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb. “Olaylar”ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşın əl yüklərinə baxış zamanı onun çantasında 200 ədəd həb şəklində metadon adlı dərman preparatı aşkar olunub. Xatırladaq ki, metadon adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 200 ədəd həbdə metadonun təsiredici maddəsi 4 qram təşkil edir. Faktla bağlı araşdırma aparılır.

Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan iş adamının məhkəməsi qapalı keçirilib 

4 Noyabr 2016 13:17

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Akif Çovdarov və digərlərinin dövlətə vurduqları ziyanın məbləği məlum olub

4 Noyabr 2016 13:15

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin törədikləri cinayət əməli nəticəsində dövlətə vurduqları ziyanın məbləği açıqlanıb.

Rusiyada cinayət törədən şəxs Azərbaycanda tutulub

4 Noyabr 2016 11:48

Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Azərbaycanda saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 11-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan Mübariz Tağıyev tutulub. Olaylar.az

Akif Çovdarovun qızı və oğlunun istintaqa verdiyi ifadələr - İTTİHAM AKTINDAN

4 Noyabr 2016 11:34

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin cinayət işi üzrə A. Çovdarovun qızı və oğlu şahid kimi ifadə veriblər.

Akif Çovdarov: "Döymədim, başa saldım..."

4 Noyabr 2016 11:17

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarovun ittiham olunduğu cinayət əməlləri üzrə yeni epizodlar bəlli olub. Olaylar.az bildirir ki, qafqazinfo Çovdarovun Badamdar qəsəbəsində torpaq sahəsinin ələ keçirilməsi ittihamı ilə bağlı ifadəsini əldə edib.

Deputatdan ölüm və kütləvi dava xəbərlərinə REAKSİYA

3 Noyabr 2016 18:39

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində ölüm hadisəsi baş verib. Məlumata görə, Marneulinin mərkəzi bazarında azərbaycanlı qadın Məlahət Məmmədova vəfat edib. Onun döyülərək öldürüldüyü iddia edilir.

Dələduzluqda təqsirləndirilən sahibkar azadlığa buraxılıb

3 Noyabr 2016 17:08

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nuridət Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Axtarışda olan şəxs tutulub

3 Noyabr 2016 16:14

Rusiyada axtarışda olan şəxs Azərbbaycanda saxlanıb. DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci (quldurluq) maddəsi ilə axtarışda olan Asif Nəbiyev tutulub. 

Astara sakinindən tapança götürülüb

3 Noyabr 2016 16:13

Astara sakinində odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Lənkəran ŞRPŞ və Zəngilan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Mahir Məmmədovdan "Makarov" markalı tapança aşkar edilərək götürülüb. Həmçinin Binəqədi RPİ 7-ci PB əməkdaşları tərəfindən 6-cı mikrorayon ərazisində yerləşən parkdan "Naqan" tipli tapança aşkar edilərək götürülüb. 

Gürcülərlə azərbaycanlılar arasında kütləvi DAVA: Ölənlər var

3 Noyabr 2016 15:55

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda gürcülərlə azərbaycanlılar arasında kütləvi dava düşüb.

"Çovdarov dedi ki, sənə elə iynə vurduraram, ömür boyu..."

3 Noyabr 2016 15:18

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq başçısı Eldar Mahmudovun müavini olmuş Hilal Əsədovun "MTN işi" çərçivəsində şahid qismində istintaqa ifadə verdiyi barədə və həmin ifadənin məzmunu ilə bağlı mətbuatda ilkin məlumat yayılıb.

Daxili orqanında heroin aşkar edildi

3 Noyabr 2016 15:03

İrandan gələn azərbaycanlı ölkəyə heroin keçirməyə cəhd edib. “Olaylar”ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə, xalis çəkisi 1,804 qram olan narkotik vasitə – heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Sabiq milli təhlükəsizlik nazirinin qardaşının məhkəməsi başlayıb

3 Noyabr 2016 14:50

Naxçıvan Şəhər Məhkəməsində sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun qardaşı Əli Ələsgərovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.