Kriminal
"Sonradan bildik ki, Taleh Bağırovun məqsədi təxribat olub"- YENİLƏNİB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Avtomobili qaçırdı, qəza törətdi
Noyabrın 13-də Gəncə şəhəri ərazisindən şəhər sakini Vahid Yusifova məxsus "Tofaş" markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, avtomobil həmin gün Gəncə Beynəlxalq Hava Limanının ərazisində əzilmiş vəziyyətdə tapılıb. Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri - əvvəllər məhkum olunmuş Emin Quliyev və Amin Məmmədov tutulublar.
Həmyerlisini bıçaqlayan tutulub
Noyabrın 13-də Gədəbəy rayonunun Arıqdam kəndində kənd sakini Vüqar Qəmbərov münaqişə zəminində həmkəndlisi İsmayıl Qurbanova bıçaqla xəsarət yetirmişdir.DİN-dən verilən məlumata görə, Gədəbəy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Qəmbərov tutulub. Araşdırma aparılır.
Balakən və Yardımlı sakinlərindən odlu silah götürülüb
Balakən sakinlərindən odlu silah götürülüb. DİN-dən verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 13-də Talalar kənd sakini Kamran Musayevdən müvafiq sənədləri olmayan "İJ-1807" markalı, Hənifə kənd sakini Aydın Çıraqovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş ov tüfəngləri götürülüb. Həmçinin Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon sakini Samir Abbasovdan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş "İJ-16" markalı ov tüfəngi götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.
TƏHLÜKƏ: Yeni sürüşmə sahələri əmələ gəlib
Azərbaycanın bəzi ərazilərində yeni sürüşmə sahələri əmələ gəlib, mövcud sürüşmə sahələrinin bəziləri isə aktivləşib.
Şahid: “Akif Çovdarov məni pəncərədən atacağı ilə hədələdi”
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin rəisi Akif Çovdarov və digərlərinin cinayət işi üzrə şahid qismində ifadə verənlər arasında zərərçəkmiş şəxslər - Cəfər və Qəhrəman Səfərov qardaşlarının atası Qürbət Səfərovun da adı var.
Akif Çovdarovun işində zərərçəkən şirkət rəhbərinə cəzası istənilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Akif Çovdarov vəkillərindən imtina edib YENİLƏNİB
Akif Çovdarov məhkəməyə gətirilib.APA-nın xəbərinə görə, məhkəmə heyəti A. Çovdarovun səhhəti ilə əlaqədar prosesdə iştirak edə bilməməsinə dair həkimlərin arayışını qəbul etməyib.
4 yaşlı uşaq qardaşını güllələdi
Astarada uşaq babasına məxsus tüfənglə ehtiyatsız davranaraq qardaşına xəsarət yetirib. Bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 13-də Astara rayonunun Siyəkü kəndində yaşayan 4 yaşlı Elvin Zahirzadənin babasına məxsus tir tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşlə 3 yaşlı qardaşı Güloğlana xəsarət yetirib. Uşaq xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.
Bakıda iş axtaran qadın döyülərək zorlandı - DƏHŞƏT
Zorlamada təqsirli bilinən Şabran rayon sakini, 1981-ci il təvəllüdlü Rövşən Əliməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Praporşik" arvad söhbətinə görə mayoru belə güllələdi - VİDEO
Bu il yanvarın 27-də Rusiyanın Komi muxtar respublikasındakı 31 saylı islah-əmək düşərgəsinin işçisi, praporşik Ş.Əliyevin həmkarı, mayor Xəlil Həsənovu necə güllələdiyinə dair istintaq tərəfindən yayılmasına qadağa qoyulmuş videokadrlar mətbuata sızıb.
Rəşad Məmmədovla bağlı 1 milyonluq - Qalmaqal
Dövlət Bayrağı İdarəsinin sabiq rəisi, dələduzluqda təqsirli bilinərək 1 il 1 ay 8 gün həbs cəzası çəkən Rəşad Məmmədov barəsində yenidən Daxili İşlər Nazirliyinə şikayət edilib.
Bakı sakini Moskvanın mərkəzində avtomatdan atəş açdı
Moskvada "Infiniti QX56" markalı avtomobillə havaya atəş açan Azərbaycan vətəndaşı saxlanılıb. Olaylar.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Moskva" şəhər xəbərləri agentliyi məlumat yayıb.
Akif Çovdarov məhkəməyə gətirilmədi - SƏBƏB
Bu gün Sabunçu rayon məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən 3 MTN əməkdaşının məhkəmə prosesi təxirə salınıb.














