Kriminal

Külli miqdarda vergidən yayınan şəxslər məhkəmə zalından azadlığa buraxılıb

15 Noyabr 2016 16:46

Bakı Ağır Cinayətlər Məhkəməsində vergidən yayınmaqda təqsirləndirilən Səbuhi Qazıyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sərhəd Xidməti, Gömrük Komitəsi və DTX-nın xüsusi əməliyyatı

15 Noyabr 2016 16:25

Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat mərkəzindən virtualaz.org-a bildirilib ki, Astara nəzarət buraxılış məntəqəsində DTX əməkdaşları tərəfindən keçirilmiş xüsusi əməliyyat haqqında daha əvvəl yayılmış informasiya həqiqətə uyğun deyil.

Banqladeş və Pakistan vətəndaşları həmvətənlərini aldadaraq Azərbaycana gətir­dilər

15 Noyabr 2016 16:14

Oktyabr ayı ərzində 2299 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

Bakının mərkəzində GÜLLƏLƏNMƏ: 6-cı qardaş da öldü - YENİLƏNİB

15 Noyabr 2016 16:11

Dünən Bakının Yasamal rayonunda - Parlament prospekti 1 ünvanındakı 9 mərtəbəli binada 58 yaşlı Ziyafət Hüseynovun özünü güllələyərək öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Yaxınları lent.az-a bildiriblər ki, Z.Hüseynov xeyli vaxtdır, ürək xəstəliyindən əziyyət çəkirmiş. Daha əvvəl müxtəlif dövlət orqanlarında işləmiş şəxsin 2 övladı var. Onun qızı ailəlidir, oğlu isə nişanlıdır və bu yaxınlarda ailə həyatı quracaqmış.

Baş redaktor 200 manat alarkən tutulub

15 Noyabr 2016 15:59

Noyabrın 13-də Biləsuvar rayonunun Bəydili kənd sakini Leyli Xudaverdiyeva RPŞ-yə müraciət edərək həmin gün "Tərəqqi TV" informasiya agentliyinin baş redaktoru Aygün Həsənovanın, redaktor müavini Nahid Babayevin və müxbir Elmir Əsgərovun Xırmandalı kəndində ona məxsus yeməkxanaya gəldiklərini, obyektdə əxlaqsızlıq yuvasının olduğunu iddia edərək bununla bağlı videoçəkiliş apardıqlarını və görüntünü sosial şəbəkədə yayacaqları ilə hədələyərək ondan 500 manat pul tələb etdiklərini bildirib.

Binəqədidə yanan binanı üzləyən şirkətin direktor müavini: “Hadisədən əvvəl şirkətə MTN əməkdaşları gəlmişdi”- YENİLƏNİB-1

15 Noyabr 2016 15:04

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

Rusiyada Azərbaycan vətəndaşı qətlə yetirilib

15 Noyabr 2016 14:49

Rusiyada Azərbaycan vətəndaşı öldürülüb. APA-nın Rusiya bürosunun məlumatına görə, qətl hadisəsi noyabrın 14-də Novqorod vilayətinin Pestov rayonunun Ponomaryevo kəndində baş verib.

Akif Çovdarovun üzərinə həbs qoyulan əmlaklarının SİYAHISI

15 Noyabr 2016 14:30

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun, onunla birlikdə həbs edilən, Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin 1-ci idarəsinin rəisi Səlim Məmmədov və Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin 3-cü idarəsinin 1-ci şöbəsinin rəis müavini Orxan Osmanov üzərinə həbs qoyulan əmlaklarının siyahısı məlum olub.

Xətai rayon İH başçısının sabiq müavini yanan bina ilə bağlı məhkəmədə ifadə verib

15 Noyabr 2016 13:20

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı  təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sabiq MTN generallarının həbs müddəti uzadılıb

15 Noyabr 2016 11:36

“MTN işi” ilə bağlı başlanılan cinayət işi üzrə saxlanılan şəxslərin həbs müddəti növbəti dəfə uzadılıb.

Maşallah Əhmədovun cinayət işindəki iranlı şahid həbs edildi

15 Noyabr 2016 11:21

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Bakıda keçmiş məhkumlar Pakistan vətəndaşını bıçaqladılar

14 Noyabr 2016 18:56

Bakının Nəsimi rayonunda 20 yaşlı Pakistan vətəndaşı bıçaqlanıb. Olaylar.az report-a istinadən bildirir ki, hadisə Cavadxan küçəsində baş verib. Belə ki, 1996-ci il təvvəllüdlü Pakistan vətəndaşı Khan Sami Ullahan həmin küçə ilə hərəkət edən zaman naməlum şəxslər onunla mübahisə ediblər. Nəticədə pakistanlı həmin şəxslər tərəfindən bıçaqlanıb.

Akif Çovdarov xarici ölkədən həkim gətirilməsini tələb etdi

14 Noyabr 2016 18:19

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı başlayıb.

Sərhədçilərimiz 7 kq narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıblar

14 Noyabr 2016 18:15

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin və qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliyyətlərini uğurla davam etdirirlər. Sərhədçilərimizin sayıqlığı sayəsində növbəti dəfə külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısı alınmış, ümumilikdə 7 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır. DSX-dzn verilən məlumata görə, 07.11.2016-cı il tarixdə saat 04:40 radələrində Füzuli rayonunun Böyük-Bəhmənli kəndi ərazisin¬dəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər sərhəd pozucusunun qarşısı alınmışdır. Sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə baxmayaraq havanın qaranlıq olmasından və relyefin xüsusiyyətlərindən istifadə edən sərhəd pozucusu geriyə qaçmağa müvəffəq olmuşdur. Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 4 ədəd bağlamada ümumi çəkisi 4 kq 578 qram narkotik maddə olan marixuana aşkar olunmuşdur.

1 kq heroini 10 min manata satanlar yaxalanıb

14 Noyabr 2016 17:46

Şirvan sakinləri 1 kq narkotiki 10 min manata satarkən tutulublar. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakinləri, əvvəllər məhkum olunmuş Cabbar Umudov və Kamil Cəfərov Hacıqabul rayonu ərazisində 1 kiloqram heroini 10 000 (on min) manata satarkən yaxalanıblar.