Kriminal
Azərbaycanlı müğənni həbs edildi
Əslən azərbaycanlı olan tanınmış Türkmənistan müğənnisi Nazir Həbibov narkotik ittihamı ilə 12 il azadlıqdan məhrum edilib. Azadliq.org bildirir ki, o, istifadə etmək üçün dəfələrlə narkotik maddə əldə etməkdə ittiham olunur.
Bakıda müəmmalı ölüm dalğası, 6-cı günün sirri
Canına qıyanlar eyni yaşda olublar. Hamısı 6-cı gün intihar edib və hamısının da cibindən məktub çıxıb. Ayrıca, intihar edən uşaqların hamısı kasıb ailələrin uşaqlarıdır.
Vəkil: "Əli Abbasov dövlətə vurulmuş ziyana görə 6,8 milyon manat ödəyib"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
MTN generalı 4,5 milyonluq əmlakı 305 min manata oğluna alıb
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov barəsində əlavə epizodlarla yeni ittihamlar irəli sürülüb.
İŞİD tərkibində döyüşən azərbaycanlılara hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD tərkibində döyüşməkdə təqsirləndirilən Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalovun cinayət işi üzrə məhkəməsi keçirilib.
Bakıda 56 yaşlı kişi mənzilində ölüb
Külli miqdarda qızıl məmulatlarının ölkədən çıxarılmasının qarşısı alındı
Akif Çovdarovun məhkəməsi təxirə salındı
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayorAkif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisiOrxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam etdirilib.
“Samur” gömrük postunda sıxlıq aradan qaldırılıb
Rusiya Federasiyası ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda avtonəqliyyat vasitələrinin sıxlığı tam aradan qaldırılıb.Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Rusiya tərəfindəki sərhəd keçid məntəqəsinin buraxılış potensialının aşağı olması ilə əlaqədar son günlərdə “Samur” gömrük postunda yaranan sıxlıq Dövlət Gömrük Komitəsi rəhbərliyinin Rusiya tərəfi ilə apardığı intensiv danışıqlar nəticəsində aradan qaldırılıb. Belə ki, 11-13 noyabr tarixlərində 475 yük avtomobilinin sərhəddən keçməsi təmin olunub. Noyabrın 14-də isə daha 215 avtonəqliyyat vasitəsi sərhədi keçib.Hazırda “Samur” gömrük postu gündəlik iş rejimində fəaliyyətini davam etdirir və sərhəd-keçid məntəqəsində heç bir sıxlıq müşahidə olunmur.
İlhamə Quliyevanın köməkçisi ifadə verməkdən imtina etdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisiMehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Qızıl Məryəm"in qətlini sifariş verən qızının İLGİNC MƏHKƏMƏ İFADƏSİ
Anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Olaylar.az teleqraf.com-a istinadən xəbər verir ki, ittihama görə, bu il yanvarın 5-də, saat 09.00 radələrində 1965-ci il təvəllüdlü Məryəm Nemətzadənin yaşadığı mənzildə onun üzərində çoxsaylı xəsarət olan meyiti aşkar edilib.
Suraxanıda ölüm faktının üstü açılıb
Suraxanı rayonunda cinayət hadisəsinin üstü açılıb. DİN-dən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də Bakı şəhər sakini Zakir Məmmədova ölümlə nəticələnən qəsdən ağır xəsarət yetirməkdə şübhəli bilinən Şəki rayon sakinləri Mehman Qarayev və Pərviz Məmmədov tutulublar. Araşdırma aparılır.
Laçın sakinindən sənədsiz tüfəng götürülüb
Laçın rayon sakinində odlu silah aşkar edilb. DİN-dən verilən məlumata görə, Oğuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Laçın rayon sakini Bəbirxan Şahmuradovdan müvafiq sənədləri olmayan "İJ-16" markalı tüfəng və 17 ədəd patron götürülüb.
Səbaildə qeyri-müəyyən bıçaqlama hadisəsi baş verib
Noyabrın 15-də 03 radələrində Səbail rayonu ərazisindən 20-25 yaşlı kişi kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. DİN-dən verilən məlumata görə, hazırda hadisəni törədənin müəyyən edilib tutulması istiqamətində Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Keçmiş məhkumdan silah və narkotik v asitə götürülüb
Sabirabad sakinindən odli silah götürülüb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Sabirabad rayon sakini Səftər İmanovdan "Makarov" markalı tapança, patron darağı, 5 ədəd patron və 91,275 qram marixuana götürülüb. Ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun əvvəllər məhkum olunduğu müəyyən edilib.













