Bakıda oteldə yanğın

Bakıda oteldə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyi (FHN)  xəbər verir ki, şəhərin Xətai rayonunda vətəndaşa məxsus oteldə ümumi sahəsi 50 m² olan 3 otaqlı kotecin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə və 1 ədəd çarpayı yanıb.

Kottecin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31