Salyanda iki avtomobil toqquşdu sürücü yaralanıb

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" bildirir ki, hadisə bu gün axşam saatlarında Salyan şəhərində qeydə alınıb.

Belə ki, şəhəri Təbriz Xəlilbəyli küçəsində yaşayan, 53 yaşlı Cavanşir Səttar oğlu Abdulayev idarə etdiyi "Vaz-2106" markalı avtomobillə hərəkət edrkən "Vaz-2107" markalı avtomobillə toqquşub. Nəticədə "Vaz-2106" markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31