Kriminal
Çobanı qətlə yetirən qadın tutulub
Dekabrın 26-da Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindəki "Muğan qışlaq" otlaq sahəsində yerləşən fermada, orada çoban işləyən Yardımlı rayon sakini Nabil Rəhmanovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. DİN-dən verilən mlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmin fermada yaşayan həmyerlisi Dilərə Orucəliyeva tutulub.
Qardaşı oğlu Tağı Əhmədovu necə satıb – Məhkəmədə sensasion etiraf
Amma gözlənildiyi kimi, Tağı Əhmədov dünən məhkəməyə gəlməyib. Məhkəmədə zərərçəkmiş T.Əhmədov ifadə vermədən, şahidlər dindirilib. Şahidlərdən bir Tağı Əhmədovun qardaşı oğlu olub. O, əmisinin 3 milyon manatı Akif Çovdarova necə verməsi haqda danışıb.
Prokuror Xətaidə binanın yanmasında təqsirləndirilən şəxslərə şərti cəza istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Azərbaycanlı qadın ərini baltaladı
Gürcüstanın Marnueli rayonunun Təzəkənd kəndində ailə münaqişəsi zəminində qadın 28 yaşlı həyat yoldaşını baltalayıb. Bu barədə "Qruziya Online"a istinadən xəbər verir. Məlumata əsasən, qətli törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırmalar başlayıb. Hadisənin hansı səbəbdən baş verməsi və qətli törədən qadının kimliyi açıqlanmayıb. Azvision.az
MTN zabiti kartlardan pul oğurlayıb
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin ikinci dəstəsinin cinayət işi üzə istintaq tamamlanıb və iş məhkəməyə göndərilib. İstintaq zamanı bu zabitlərin saysız-hesabsız cinayət əməlləri ortaya çıxıb.
Velosiped oğrusu tutulub
Velosiped, 200 m elektrik naqili və elektrik təmir alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-də Binə qəsəbəsi ərazisində Rasim Abbasova məxsus evdən velosiped, 200 metr elektrik naqili və elektrik təmir alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xaləddin Əliyev tutulub.
Qonşunun 38 toyuğunu oğurlayanlar saxlanıb
38 ev quşu oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri tutulub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 25-də Avtozavod qəsəbəsində yaşayan Əlövsət Musayevin həyətindən 38 ev quşu oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Murad Hüseynov və İlkin Cəfərov tutulublar.
Külli miqdarda pirotexniki vasitələr aşkar edilib
Külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən “Olaylar” a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. Belə ki, idarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Gürcüstan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes-Benz Sprinter” markalı minik avtomobilinə stasionar qurğuda gömrük baxışı keçirilib. Gömrük baxışı zamanı minik maşınının yuxarı dam hissəsində gömrük nəzarətindən gizlədilmiş 115 200 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Rusiyada yolka satan azərbaycanlı tutuldu
Rusiyanın Xabarovsk şəhərində bazarda qanunsuz yolla Yeni il yolkaları satan azərbaycanlı tutulub. Bu barədə Rusiya KİV-i xəbər verir. Məlumata əsasən, şəhər administrasiyası və polis, həmçinin dövlət meşə müfəttişləri qanunsuz yolla satış həyata keçirənlərə qarşı profilaktik tədbirlər görüblər. Nəticədə üzərində heç bir sənədi olmayan azərbaycanlı saxlayıb. O, polis bölməsinə aparılıb. Faktla bağlı araşdırmalar davam edir. Azvision.az
Dəniz sahilində romantik söhbət edəcəklərini düşünürdü... - ƏVƏZİNDƏ ZORLANDI
Avtomobil satmaq adı ilə 17 min dollarını aldılar
Sumqayıt şəhər sakininə avtomobil satmaq adı altında dələduzluq edilib. Report xəbər verir ki, bu barədə 1981-ci il təvəllüdlü Nicat Sabirzadə Xətai Rayon Polis İdarəsinə (RPİ) ərizə yazaraq məlumat verib. Belə ki, N.Sabirzadə Sumqayıt şəhər sakini Ramin adlı şəxsə onun avtomobilini satın almaq üçün 17 336 ABŞ dolları verib. Ramin adlı şəxs isə pulu götürsə də, avtomobili verməyib. Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.
Akif Çovdarovun məhkəməsində Tağı Əhmədovun qohumları ifadə verib - YENİLƏNİB
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
Qadını bıçaqlayan saxlanıb
Dekabrın 25-də Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yaşayan Aygün Kərimovaya bıçaqla xəsarət yetirilib. DİN-dən verilən məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ona xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini Məzahir Nurəliyev tutulub. İlkin araşdırma zamanı hadisənin münaqişə zəminində törədildiyi müəyyən edilib.
Mis oğruları saxlanıb
Dekabrın 25-də İmişli dəmir yolu stansiyası ərazisindəki anbardan misdən olan məmulatlar oğurlanıb. DİN-dən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Həsən Nuri, Emin Güləliyev və Cahid Quliyev tutulublar. Araşdırma aparılır.
Zərdab sakinindən ov tüfəngi götürülüb
Zərdab sakinlərində odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Zərdab RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahhüseynli kənd sakinləri Füzuli Eminovdan, Pünhan Yusifovdan və Nahid Dəmirovdan 2 ədəd "TOZ-16" və 1 ədəd "İJ-58" markalı ov tüfəngləri götürülüb.














