Kriminal

Kompyuter oyunu salonunu qarət edənlər saxlanıblar

28 Dekabr 2016 15:08

Dekabrın 27-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Azər Həsənova məxsus kompyuter oyunu salonundan pəncərədən girmək yolu ilə 206 manat pul, 4 ədəd televizor, 1 ədəd noutbuk və 4 ədəd “playstation” oyun aparatı oğurlanıb. DİN-dən verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Vüsal Məmmədov Qaradağ RPİ 10-cu PB əməkdaşları tərəfindən Lökbatan qəsəbəsi ərazisində tutulublar. 

Tağı Əhmədovun telefonu nazirin tələbi əsasında dinlənilib

28 Dekabr 2016 14:28

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi məhkəmə prosesi davam etdirilib.

Qanunsuz dollar satan cəriməlndi

28 Dekabr 2016 13:29

Bakıda qanunsuz xarici valyuta satan daha bir şəxs cərimə edilib. “Olaylar” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 27-də Bakı şəhər sakini Asəf Musayev paytaxtın Nizami rayonu ərazisində qanunsuz olaraq 200 ABŞ dollarını 370 manata dəyişdiyi üçün RPİ əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.

Şahid: "Təmir-tikinti üçün ayrılan pulların 35 faizini nazirliyə verirdik" - “RABİTƏ İŞİ”

28 Dekabr 2016 12:46

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakıda Vərəm Dispanserində qətl törədilib- YENİLƏNİB

28 Dekabr 2016 11:53

Dünən Bakıda xəstəxanalardan birində baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub. Məlumata görə, Buzovna qəsəbəsi Heydər Eyvazov küçəsindəki Vərəm Dispanserinə gələn 24 yaşlı Elçin Hüseynov burada işləyən qaynanası, 45 yaşlı Fərqanə Mürsəlovanı amansızlıqla öldürüb. O, xəstəxananın dəhlizində qaynanasına 10-a yaxın bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

Ali Məhkəmə Leyla və Arif Yunusların şikayətini təmin edib

27 Dekabr 2016 18:20

Ali Məhkəmədə Leyla və Arif Yunusların kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Şəmkirdə 4 otaqlı ev yanıb

27 Dekabr 2016 17:47

Şəmkir rayonu, Düyərli kəndində vətəndaşa məxsus4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 250 m2 olan birmərtəbəli 4 otaqlı evin bir otağının tavanı 47 m2 sahədə, döşəməsi 2 m2 sahədə və zirzəmisinə yığılmış ev əşyaları 5 m2 sahədə qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Çobanı qətlə yetirən qadın tutulub

27 Dekabr 2016 17:44

Dekabrın 26-da Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindəki "Muğan qışlaq" otlaq sahəsində yerləşən fermada, orada çoban işləyən Yardımlı rayon sakini Nabil Rəhmanovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. DİN-dən verilən mlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmin fermada yaşayan həmyerlisi Dilərə Orucəliyeva tutulub. 

Vəkil İlhamə Quliyevanın köməkçisinə bəraət istədi

27 Dekabr 2016 17:33

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisiMehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə M. Hüseynovanın vəkili Vasif Mirzəyev çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxsə bəraət istəyib. O qeyd edib ki, cinayət işində olan materiallar sübut kimi qiymətləndirilə bilməz: "İlhamə Quliyevanın əmlakını ələ keçirmək üçün Vüqar Bəkirov və Orxan belə bir ssenari qurublar. Mehriban Hüseynovanın əleyhinə ifadə verən Vüqar Bəkirov hazırda dələduzluq ittihamı ilə həbsdədir. Bu, bir daha Mehriban Hüseynovanın günahsız olduğunu sübut edir. Əgər Mehriban Hüseynovanın əməlində soyğunçuluq niyyəti olsaydı, onda olan etibarnamədən əvvəlcədən istifadə edərdi. Açıq talama yolu ilə daşınmaz əmlakı ələ keçirmək mümkün deyil. Mən hesab edirəm ki, Mehriban Hüseynovanın əməlində heç bir cinayət tərkibi yoxdur və onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edirəm".

On bir evi qarət edənlər yaxalanıb

27 Dekabr 2016 17:29

Oğurluq etdiyinə görə tutulmuş Sumqayıt şəhər sakini Elvin Nəsrullayevin ətrafında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən istintaq əməliyyat tədbirləri aparılıb. DİN-dən verilən məlumata görə, aparılmış əməliyyat tədbirləri ilə onun həmyerliləri, əvvəllər məhkum olunmuş Hikmət Fərəcov, Həsən Mehdiyev, Qəmbər Məmmədov və Asim Abbasov ilə birgə oktyabrın 22-dən dekabrın 7-dək şəhər ərazisindəki 11 evdən və 1 qarajdan təmir-tikinti alətləri, qızıl və məişət əşyaları oğurladıqları müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində H.Fərəcov, H.Mehdiyev, Q.Məmmədov və A.Abbasov da tutulublar. Faktlarla bağlı cinayət işi aşılıb, araşdırma aparılır.

Milyarderi internetdə şantaj edən iki bacı tutuldu

27 Dekabr 2016 15:54

Kanada sakini olan Ciotti və Kiran Mataru bacıları Nigeriyada bu ölkədən olan milyarder Femi Otedolanı internetdə şantaj etdikləri üçün həbs olunub.

Armatur oğruları ifşa edilib

27 Dekabr 2016 15:27

Dekabrın 26-na keçən gecə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindəki tikinti sahələrindən birindən 2000 manat dəyərində armatur oğurlanıb. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən oranın mühafizəçiləri - Bakı şəhər sakinləri Elman Əzimov, Xəlil Yusifov və Sənan Mirzəyev tutulub.

Bakıda kabel oğrusu tutulub

27 Dekabr 2016 15:25

Binəqədi rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən mlumata görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 25-də rayon ərazisindəki yol kənarının yaşıllaşdırma zolağının işıqlandırılması üçün nəzərdə tutulmuş elektrik qutusundan 3500 manat dəyərində elektrik avadanlıqlarını oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Müsəllim Həsənov tutulub. Araşdırma aparılır. 

Sabunçuda qaçırılan avtomobil Binəqədidə tapılıb

27 Dekabr 2016 15:24

Dekabrın 26-da Sabunçu rayonunun "Baksol" yaşayış sahəsində Füzuli rayon sakini Xaləddin Məmmədovun idarə etdiyi "Opel" markalı avtomobilə sərnişin qismində oturmuş 3 nəfər Sabunçu qəsəbəsinə gedəcəklərini bildirmişdir. Onlar qəsəbə ərazisində sürücünü bıçaqla hədələyərək pul verməsini tələb etmiş, X.Məmmədov pulunun olmadığını dedikdə isə onu avtomobildən düşürüb həmin nəqliyyat vasitəsində getmişlər. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB, Nəsimi RPİ 19-cu PB və Bakı BPİ DYPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Binəqədi rayonu ərazisində tapılmış və hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Vüsal Əliyev tutulmuş, digər 2 nəfər isə müəyyən edilmişdir. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.