Qardaşını donuz zənn edərək öldürdü- DAHA SONRA İNTİHAR ETDİ
20 Sentyabr 2021 16:32 KriminalƏrzurumun Pasinler rayonunda dostları ilə ov edən Erol Ağırbaş, qardaşı Volkan Ağırbaşı səhvən tüfənglə vuraraq öldürdüyü iddia edilir. Eyni silahla özünü güllələyən Ağırbaş ağır yaralanaraq xəstəxanaya aparılıb.
Olaylar.az xəbər verir ki, ötən gün Pasinler mahalının kənd yerində əkinçilik edən Erol və Volkan Ağırbaş qardaşları dostları ilə birlikdə donuz ovuna çıxıblar. Erol Ağırbaşın tüfəngdən kolluqlara atəş açması nəticəsində qardaşı Volkan Ağırbaşın ürəyindən vuruldğu iddia edilir.
Dostları ilə birlikdə kolluğa qaçan Ağırbaş qardaşının öldüyünü anlayaraq, eyni silahı çənəsinin altına qoyub və atəş açıb. Ağır yaralanan Ağırbaş, Atatürk Universiteti Araşdırma Xəstəxanasında əməliyyata alınıb. Əməliyyatdan sonrakı reanimasiya şöbəsində müalicə alan Erol Ağırbaşın hələ də həyat təhlükəsi altında olduğu söylənilib.
Jandarma hadisə ilə əlaqədar araşdırma başlatarkən, Volkan Ağırbaşın cənazəsi Ədli Tibb İnstitutunda yarıldıqdan sonra alınacaq və bu gün dəfn ediləcək.