Gömrük postunda yarım tondan çox heroin aşkarlanıb
20 Sentyabr 2021 16:44 KriminalGömrük orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
OLAYLAR.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Twitter"də paylaşım edib.
Sədr paylaşımında bildirib ki, ölkənin cənub sərhədində Biləsuvar gömrük postunda 527 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31