Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana təhvil verilib
18 Sentyabr 2021 10:29 KriminalOlaylar.az xəbər verir ki, 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilən Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub.
Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Qeyd olunub ki, o, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib. (modrator)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31