Hava limanında dünyaya gətirdiyi körpəsini tualet kağızı ilə boğdu
16 Sentyabr 2021 15:02 KriminalYaponiyada hamiləliyini ailəsindən gizlədən 23 yaşlı Koyuri Kitai, körpəsini paytaxt Tokiodakı Haneda hava limanında dünyaya gətirdikdən sonra tualet kağızı ilə öldürüb.
Olaylar.az xəbər verir ki, universitetdən yeni məzun olan Koyuri, iş görüşməsi üçün Kobe şəhərindən Tokioya uçarkən, təyyarənin hava limanına enməsindən sonra sancılanıb. Hamiləliyini ailəsindən gizlədən gənc ana körpəsini hava limanında dünyaya gətirib. Həyəcan içində nə edəcəyini bilməyən Koyuri, hava limanının tualetində tualet kağızını körpəsinin boğazına sıxaraq onu öldürüb, daha sonra ölən körpəsini parkda dəfn edib.
Koyuri Kitai məhkəmədə hamiləliyini ailəsindən gizlətdiyini, doğum əsnasında böyük bir həyəcan yaşadığını və nə edəcəyini bilmədiyindən, o anki ruh halı ilə körpəsini öldürdüyünü söylədi.
Məhkəmədə mühakimə olunan qadına 5 il müddətində həbs cəzası verilib.