"Nə yazırsınız, yazın..." İŞDƏN ÇIXARILAN BAŞ HƏKİMDƏN AÇIQLAMA

Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov işdən çıxarılır. 

Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov işdən çıxarılır. 

Olaylar.az xəbər verir ki, bu barədə daxil olan məlumatda bildirilir ki, hazırda xəstəxanada təhvil-təslim işləri gedir. İddialara görə, Paşa Muradovun özü qərardan narazıdır və postunu qorumaq üçün mübarizəsini davam etdirir. Məsələnin hətta Tovuz rayon İcra Hakimiyyətində müzakirə olunduğu barədə məlumatlar var. İddialara görə, müzakirə kifayət qədər gərgin keçib.Bildirilir ki, Paşa Muradovun karyerasına son qoyulması rayon rəhbərliyinin istəyidir. Bu baxımdan, hazırda baş həkimlə yerli rəhbərliyin münasibətləri gərgindir.

Baş həkim deyilənləri nə təkzib, nə də təsdiq edib: "Nə yazırsınız yazın, boş-boş şeylərə görə zəng vurmayın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31