Bakıda tükürpədici qətl: Qadının əl-qolunu bağlayıb yandırdılar
Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb.
23 Avqust 2021 15:24 KriminalBakıda qadın əl-qolu bağlanılaraq yandırılıb.
Olaylar.az xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb.
Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar.
Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib.
Hazırda faktla bağlı araşdırmalar gedir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31