Qardaş bacısını QƏTLƏ YETİRDİ- BU SƏBƏBDƏN

Avqustun 19-u saat 14 radələrində Bərdə rayonu, Uğurbəyli kənd sakini, 1994-cü il təvəllüdlü Nərminə Behbudovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Avqustun 19-u saat 14 radələrində Bərdə rayonu, Uğurbəyli kənd sakini, 1994-cü il təvəllüdlü Nərminə Behbudovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Baş Prokurorluqdan "Olaylar.az bildirilib ki, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki,  zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Fəqan Cabbarov yaşadıqları kəndin yaxınlığındakı əkin sahəsində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nərminə Behbudovanın bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək sonuncunu qəsdən öldürmüşdür.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Fəqan Cabbarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. Hazırda istintaq  davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31