"Qaynatası tərəfindən dəfələrlə..." İNTİHAR EDƏN GÜLƏR HAQQINDA

Avqustun 14-də Biləsuvarın İsmətli kəndində bir ananın övladı ilə birgə özünü kanala atması və azyaşlının vəfat etməsi gündəmin əsas müzakirə mövzularındandır.

Avqustun 14-də Biləsuvarın İsmətli kəndində bir ananın övladı ilə birgə özünü kanala atması və azyaşlının vəfat etməsi gündəmin əsas müzakirə mövzularındandır. 30 yaşlı Gülər İmanzadənin oğlu ilə bərabər intihara cəhdi nəticəsində 1 yaşlı oğlu Poladın su kanalında boğulmasından sonra sözügedən ailə haqda müxtəlif iddialar səsləndirilir. Qadının belə bir dəhşətli hadisəni törətməsinin səbəbi onun ailədə davamlı şəkildə zorakılığa məruz qalması ilə əlaqələndirilir. Gülərin və övladının əri tərəfindən zorakılığa məruz qalması ilə bağlı iddialar yayılıb. 

Hazırda adıçəkilən şəxs şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. 

Olaylar.az xəbər verir ki, "Qafqazinfo" ilə əlaqə saxlayan G. İmanzadənin əmisi oğlu Fariz İmanov hadisənin baş vermə səbəbləri barədə danışıb. O iddia edib ki, G. İmanzadə həyat yoldaşı tərəfindən yox, qayınatası tərəfindən zorakılığa məruz qalıb, döyülüb: "Həyat yoldaşı Hökuməli çox sakit, tərbiyəli oğlandır. Onlar 3 il bundan öncə tanışlıq yolu ilə evləniblər. Gülər həyat yoldaşı ilə evlənəndə oğlanın cüzi əqli problemi var idi. Yəni sağlamlığı tam yerində deyildi. Son vaxtlarda isə xəstəliyi artmağa başladı. Bir övladları vardı, onun da təzəlikcə 1 yaşı tamam olmuşdu. Gülər o evə gəlin gedən gündən qayınanası, baldızları ona qarşı çox yaxşı rəftar ediblər. Qayınata isə gəlin köçən gündən bəri ona çox pis davranıb. Ailəsində baş verənləri Gülər hamıdan gizlətməyə çalışıb. Xüsusilə atası yataq xəstəsi olduğundan və ürək problem yaşadığından başına gətirilənləri ona deməyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31