Bakıda gənc oğlandan dəhşətli əməl: Binanın şaxtasında... - ANBAAN VİDEO
Son günlər patı və digər narkotik vasitələrdən istifadə edən şəxslərə qarşı Daxili İşlər Nazirliyi genişmiqyaslı tədbirlər keçirir
10 Avqust 2021 18:30 KriminalSon günlər patı və digər narkotik vasitələrdən istifadə edən şəxslərə qarşı Daxili İşlər Nazirliyi genişmiqyaslı tədbirlər keçirir.
Narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olan xeyli sayda şəxs həbs olunsa da, təəssüf ki, aşkar olunmayanlar da var.
Oxuculardan biri patı çəkən şəxsin videosunu anbaan qeydə alaraq Avtosfer.az-ın elektron ünvanına göndərib. Məlumatda qeyd olunur ki, patı çəkən şəxsin videosu paytaxtın Yasamal rayonu Kamal Rəhimov küçəsi ev 30-un 1-ci blokunun 2-ci və 3-cü mərtəbəsinin şaxtasında qeydə alınıb. Oxucu bildirir ki, sözügedən ünvanda daimi olaraq narkotik vasitədən istifadə edirlər.