İçki məclisi qanla bitdi, həmkəndlisini baltaladı

Daşkəsən rayon Astaf kəndində təşkil olunan içki məclisi qanla bitib

Daşkəsən rayon Astaf kəndində təşkil olunan içki məclisi qanla bitib.

Məlunata görə, Astaf kəndində, 1981-ci il təvəllüdlü Eldəniz Həsən oğlu Abdullayev başından balta ilə xəsarət alıb. O, ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

İlkin məlumatlara görə, ona həmyerlisi içki məclisində düşən mübahisə zəminində xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə cinayət yerindən qaçıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31