Bakıda sərnişin avtobusu piyadanı vurub öldürdü
Yeni Salyan yolunda N.Qasımov idarə etdiyi 125 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Təranə Zamanovanı vurub. Qəza nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
30 İyul 2021 15:49 KriminalBakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Olaylar.Az-a verilən xəbərə görə, Səbail rayonu Yeni Salyan yolunda N.Qasımov idarə etdiyi 125 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Təranə Zamanovanı vurub. Qəza nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31