İstintaq təcridxanalarında 43 cinayət hadisəsi qeydə alınıb
30 İyul 2021 13:10 KriminalCari ildə cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında qeydə alınmış 43 cinayət hadisəsi qeydə alınıb. Onlardan 30-u görüşə gəlmiş, sovqat gətirmiş vətəndaşlar və digər şəxslər tərəfindən törədilib. Olaylar"ın məlumatına görə, bu barədə məlumat verən Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov bildirib ki, keçirilən tədbir nəticəsində 36 fakt üzrə narkotik vasitələrin və 8 ədəd mobil telefonların gizli yolla penitensiar müəssisələrə keçirilməsinin qarşısı alınıb. Cinayətkarlıqla mübarizədə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqənin daha səmərəli təşkili məqsədi ilə tədbirlər görülüb. Daxili işlər orqanları ilə keçirilən birgə tədbirlər nəticəsində ölkənin müxtəlif bölgələrində 32 kiloqramdan artıq narkotik vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılmışdır. Hesabat dövründə 461 cinayətin açılmasına köməklik göstərilib.