Mingəçevirdə zəncirvari qəzada təcili tibbi yardım maşını əzilib, yaralılar var

Mingəçevirdə zəncirvari yol qəzası baş verib.

Hadisə M.Maqomayev və Füzuli küçələrinin kəsişdiyi işıqforda qeydə alınıb.

"Hyundai" markalı minik maşını əvvəlcə "Mercedes" markalı minik maşına, o da öz növbəsində "Mercedes Vito" markalı təcili tibbi yardım maşınına çırpılıb. Qəza nəticəsində 5 nəfər - 2011-ci il təvəllüdlü Hüseyn Məmmədzadə, 2008-ci il təvəllüdlü Orxan Məmmədov, 2005-ci il təvəllüdlü Fərid Cavadzadə və təcili tibbi yardım xidmətinin əməkdaşları, 1957-ci il təvəllüdlü Vəli Ağaməmmədov və Rafiq Abdullayev müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31