Oğuzda minik avtomobil yanıb
Oğuz rayonunda nəqliyyat vasitəsi hərəkətdə olarkən anidən alışıb.
12 İyul 2021 21:36 KriminalOğuz rayonunda nəqliyyat vasitəsi hərəkətdə olarkən anidən alışıb.
Məlumata görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, Oğuz sakini Ağalar Qafarova məxsus "QAZ-3110" markalı minik avtomobili hərəkətdə olarkən anidən alışıb.
Hadisə yerinə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi təmamilə yanıb.
Yanğın zamanı sürücü xəsarət almayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31