Sumqayıtda dəhşətli qadın cinayəti: Qonşusu tərəfindən 29 bıçaq zərbəsi ilə qətlə yetirildi

Sumqayıtda qonşular arasında düşən mübahisə ölümlə nəticələnib.

Sumqayıtda qonşular arasında düşən mübahisə ölümlə nəticələnib.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.

Belə ki, 1972-ci il təvəllüdlü Sevinc Abdullayeva kişi qonşusu tərəfindən 29 bıçaq zərbəsi ilə qətlə yetirilib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

49 yaşlı qadını qətlə yetirən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31