Kürəyindən bıçaqlandı

Gəncə şəhərində 32 yaşlı kişi kürəyindən bıçaqlanıb.

Olaylar.az xəbər verir ki, hadisə iyunun 9-u axşam saatlarında baş verib. Şəhər sakini, 1989-cu il təvəllüdlü Anar Məmmədov tanımadığı şəxslərlə mübahisə edib. Həmin adam A.Məmmədovun kürəyindən 2 bıçaq zərbəsi vurub.

Hadisəni törədən şəxsin kimliyinin müəyyən edilməsi və saxlanılması üçün araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00