Gəncədə 17 yaşlı qızın intiharının TƏFƏRRÜATI

Gəncədə hündürmərtəbəli binadan yıxıldığı deyilən qızın ölümünün əsl səbəbinin intihar olduğu bəlli olub.

Olaylar.az-ın verdiyi məlumata görə, 2004-cü il təvəllüdlü Ş.Hüseynova aparıldığı Gəncə Təcili Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişib. 

Qızın intiharına səbəb kimi imtahandan kəsilməsi göstərilir.

Xatırladaq  ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib . Ş.Hüseynova doqquzmərtəbəli binanın yeddinci mərtəbəsindən özünü atıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31