Bakıda dəhşət: Kişi sevdiyi qadını bağ evinə aparıb,görün nə etdi - Hadisə yerindən video

Bakıda kişi qeyri-rəsmi yaşadığı qadını bıçaqlayaraq qətlə yetirib.

Bakıda kişi qeyri-rəsmi yaşadığı qadını bıçaqlayaraq qətlə yetirib.

Olaylar.az  Xəzər TV-yə istinadən xəbər verir ki, ağır cinayət ötən gecə Sabunçu rayonunda baş verib.

Məlumata görə, qəsəbə sakini Ramil Rəhmanov qısqanclıq zəminində Svetlana Məmmədova ilə aralarında yaranmış mübahisəni həll etmək üçün onu Zabrat qəsəbəsində özünə məxsus evin həyətinə gətirib.

Tərəflər arasında mübahisə həmin ünvanda daha da qızışıb və Ramil Rəhmanov Svetlana Məmmədovanı bıçaqlayıb.

Hadisə şahidi olan qonşular dərhal polisə xəbər veriblər. Prokurorluq və polis əməkdaşları əraziyə baxış keçiriblər.

Qətli törətməkdə şübhəli bilinən Ramil Rəhmanov hadisədən sonra könüllü şəkildə ərazi üzrə 15-ci polis bölməsinə gedərək təslim olub.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin  qəsdən adam öldürmə    maddəsi ilə cinayət işi başlanıb. Hadisənin dəqiq təfərrüatları araşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31