Şəkil çəkdirərkən bir ailənin üç uşağı suda boğuldu
9 İyun 2021 09:01 KriminalCəlilabad rayonunda üç nəfər su anbarında boğulub.
Bədbəxt hadisə rayonun Gülməmmədli kəndində baş verib.
Rayonun İnili kənd sakinləri olan 2015-ci il təvəllüdlü Həmzə Yaqubov və onun atası Nizami Yaqubov, həmçinin, qardaşlar - 2004-cü il təvəllüdlü Həsən Rizvan oğlu Yaqubov və 2005-ci il təvəllüdlü Hüseyn Rizvan oğlu Yaqubov İncəçay su anbarına düşüblər.
Onlardan yalnız Nizami Yaqubovun həyatını xilas etmək mümkün olub. Uşaqların meyiti sudan çıxarılıb.
İlkin məlumata görə, həmin şəxslər su anbarının yanında şəkil çəkdirərkən suya yıxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31