Bakıda yaşayış binasına atəş açıldı

Bakıda silahlı insident baş verib.

Bakıda silahlı insident baş verib.

Olaylar.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

İyunun 6-sı səhər saat 05 radələrində naməlum şəxs Əsəd Əhmədov küçəsində yerləşən yaşayış binasına tapançadan bir neçə dəfə atəş açıb.

Onun binada yaşayan şəxslərdən biri ilə münaqişəsi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31