30 yaşlı qadın elektrik naqili ilə boğularaq öldürülüb
Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub.
1 İyun 2021 11:26 KriminalBakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub.
Olaylar.az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.
30 yaşlı Turanə Cəsərovanın meyiti onun yaşadığı evdə aşkarlanıb. Qadının elektrik naqili ilə boğulduğu ehtimal edilir.
Faktla bağlı Sabunçu Rayon Prokurluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31