Dünən gecə arvadını güllələyərək öldürən hakimin vəkilindən AÇIQLAMA + YENİLƏNİB
Dünən gecə saatlarında arvadını güllələyərək öldürən hakim Fəqan Əhmədovun vəkili hadisə ilə bağlı açıqlama verib.
31 May 2021 12:35 KriminalDünən gecə saatlarında arvadını güllələyərək öldürən hakim Fəqan Əhmədovun vəkili hadisə ilə bağlı açıqlama verib.
Olaylar.az xəbər verir ki, vəkil Ceyhun Yusifov "Qafqazinfo"ya bildirib ki, F.Əhmədov arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməyib: "Hadisə məhz ehtiyatsızlıqdan baş verib. Bununla bağlı istintaq getdiyi üçün geniş açıqlama verə bilmərik".
İddia olunur ki, F.Əhmədov yeni bağ evi tikdirib və qətlin baş verdiyi həmin evə yeni köçüb. Dünən axşam saatlarında da evində məclis keçirən Fəqan Əhmədov spirtli içki qəbul edib. Hadisə baş verərkən hakimin içkili olduğu iddia edilir.
Rəsmi məlumata görə, F.Əhmədov arvadını qəsdən öldürdüyü üçün Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
***
Mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanan cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsində tapşırılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Ölkə.Az-a bildirilib ki, Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fəqan Əhmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.