Paytaxtda 51 yaşlı qadın dayanacaqda bıçaqlandı
29 May 2021 09:59 KriminalBakıda bıçaqlanma hadisəsi baş verib.
Olaylar.az-ın "Report"a məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, 1970-ci il təvəllüdlü Abdullayeva Mərziyə Musa qızı avtobus dayanacağında tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ bazunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31