Çində məktəblilərə bıçaqla hücum edilib - Yaralılar var

Çinin Çençjou şəhərində bıçaqla silahlanmış şəxs yeraltı keçiddə bir qrup məktəbliyə hücum edib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 uşaq xəsarət alıb. Onların xəsarətlərinin ağır olduğu deyilir.

Qeyd olunur ki, hücum edən şəxs polis tərəfindən saxlanılıb. Onun psixi problemlərinin olduğu deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31