“Azəriqaz”ın əməkdaşlarını döyənlərə cinayət işi açıldı
Bakı şəhəri Sabunçu rayonunda “Azəriqaz”ın əməkdaşlarının döyülməsi ilə bağlı cinayət işi başlanılıb. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hadisə aprelin 19-da qeydə alınıb: "Aprelin 19-da “Azəriqaz” İB-in əməkdaşlarının ərazidə xidmət etdiyi zaman qaz xəttinin yerinin dəyişdirilməsi səbəbindən əməkdaşlardan biri- İlkin Əzizovun abonentlə mübahisəsi yaranması və abonentin qohumu olan Elnur Əliyevin həyətdən çıxaraq yumruqla onun çənə nahiyəsindən zərbə endirməsi barədə müraciət əsasında Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılıb.
26 May 2021 13:25 Kriminal"OLAYLAR" bildirir ki, Bakı şəhəri Sabunçu rayonunda "Azəriqaz"ın əməkdaşlarının döyülməsi ilə bağlı cinayət işi başlanılıb. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hadisə aprelin 19-da qeydə alınıb: "Aprelin 19-da "Azəriqaz" İB-in əməkdaşlarının ərazidə xidmət etdiyi zaman qaz xəttinin yerinin dəyişdirilməsi səbəbindən əməkdaşlardan biri- İlkin Əzizovun abonentlə mübahisəsi yaranması və abonentin qohumu olan Elnur Əliyevin həyətdən çıxaraq yumruqla onun çənə nahiyəsindən zərbə endirməsi barədə müraciət əsasında Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılıb.
Fakta görə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb". Bildirilib ki, nəticə barədə ictimaiyyətə ətraflı məlumatın veriləcək.