Baş prokuror tibb müəssisələrində aşkarlanan qanunsuzluqlardan DANIŞDI
10 May 2021 12:00 Kriminal"Koronavirus infeksiyası ilə bağlı klinika və tibb müəssisələrində aşkarlanan qanunsuzluqlarla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir".
Olaylar.az-ın xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bununla bağlı ictimaiyyətə ətraflı məlumat verilib:
"İstintaq yekunlaşandan sonra daha ətraflı məlumat veriləcək. Bu, ictimaiyyəti daha çox narahat edən məsələdir. Koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı ölkədə dövlət səviyyəsində əhəmiyyətli tədbirlər həyata keçirilir. Hüquq-mühafizə orqanları da bu sahədə üzərinə düşən bütün vəziləri yerinə yetirəcək"./Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31