Seriala çəkilmək üçün müraciət edən qadın Rejissor tərəfindən zorlanıb

Televiziya serialında çəkilmək üçün gələn gənc qız təcavüzə məruz qalıb.

Olaylar.az xəbər verir ki, şübhəliyə qarşı 19,5 ilə qədər həbs cəzası tələbi ilə iddia qaldırılıb.

Sabah qəzetindən Atakan Irmakın xəbərinə görə, Fetanet Ö. aktyor olmaq üçün quruma müraciət edib. Gənc qız axtaran rejissor İbrahim Y. onu Netflix serialı "Aşk 101"də oynaya biləcəyini söyləyib. Lakin qız çəkiliş meydançasına gecikdiyindən layihədə iştirak edə bilməyib.

Ancaq İbrahim Y. başqa bir serial çəkiləcəyi vədi ilə evinə dəvət etdiyi gənc qadına təcavüz edib. Gənc qadının şikayətindən sonra aparılan istintaq çərçivəsində onun paltarındakı sperma nümunələri İbrahim Y. ilə uyğunlaşdırılıb.

 

Cəza Məhkəməsinin hakimi tərəfindən tutularaq həbsxanaya göndərilən şübhəlinin 19,5 illik həbsi tələb olunur. milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31