Gəncədə gəlin ərini və qayınanasını xəstəxanalıq etdi

Gəncə şəhərində ailə münaqişəsi zamanı ailənin gəlini həyat yoldaşı və qayınanasına xəsarət yetirib.

Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, 1968-ci il təvəllüdlü Məmmədova Gülxar Xankişi qızı və oğlu, 1988-ci il təvəllüdlü Bəhruz Məmmədov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

İlkin məlumata görə 53 yaşlı qadının çənəsi sınıb,33 yaşlı oğlunun isə qolu qırılıb.

Məlumata görə bu şəxslərə ailənin gəlini xəsarət yetirib.

Faktla bağlı artıq araşdırma başlanılıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31