İnanılmaz: Çantaların içindən insan cəsədinin qalıqları çıxdı
13 Fevral 2021 14:17 KriminalMeksikanın qərbindəki Jalisco əyalətində içərisində insan qalıqları olan 18 çanta tapılıb.
Olaylar.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Prokurorluğu açıqlama verib. Bildirilib ki, bu parçaların neçə nəfərə və kimə aid olması müayinələr nəticəsində müəyyənləşəcək.
Əhali və Miqrasiya Məsələləri üzrə Müşavir Alejandro Encinas 2006-2021-ci illər arasında Meksikada 82 mindən çox insanın itkin olduğunu açıqlayıb. Jalisco əyalətində fəaliyyət göstərən "Jalisco Yeni Nəsil" narkotik karteli bölgənin ən güclü qrupu olaraq bilinir. 2006-cı ildə Meksikada kartellərə qarşı başlayan və hələ də üstünlük əldə edilməyən müharibənin yaratdığı şiddət nəticəsində bu günə qədər 300 mindən çox insan həyatını itirib. 340 mindən çox meksikalı məcburi köçkün düşdüyü dövrdə təxminən 40 min insan itkin düşüb.