Borca görə əmisi oğlunu döyüb “Land Cruiser”lə vurdu
10 Fevral 2021 14:17 Kriminalİmişli rayonunda 27 yaşlı oğlan ona borclu olan əmisi oğlunu döyüb, sonra da maşınla qəsdən vurub.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə fevralın 9-u səhər saat 11 radələrində baş verib.
Rayonun Aranlı kəndində yaşayan 1994-cü il təvəllüdlü Vəliyev Ceyhun Yunus oğlu işlədiyi "Bəyaz" marketin qarşısında ona borclu olan əmisi oğlu, 1991-ci il təvəllüdlü İsa Vəliyevi döyüb.
Bundan əsəbləşən İ.Vəliyev onu söhbət etmək üçün otlaq sahəsinə çağırıb. C.Vəliyev idarə etdiyi "Toyota Land Cruiser" markalı avtomobillə həmin əraziyə gedərək orada maşınla İsa Vəliyevi qəsdən vuraraq xəsarət yetirib.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126-ci (qəsdən sağlamlığa ağır zərər vermə) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisəni törətdiyi bildirilən Ceyhun Vəliyev tutulub.