Satıcını bıçaqla hədələyib kassadan pulu apardı

Yasamal rayonu ərazisindəki marketlərin birində satıcını bıçaqla hədələyib kassadakı pulu aparmaqda şübhəli bilinən yeniyetmə saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, aprelin 1-də saat 9 radələrində Yasamal rayonu ərazisindəki marketlərin birinə gəlmiş naməlum şəxs orada satıcı işləyən qadını bıçaqla hədələyib kassadakı  205 manatı aparıb. 28-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini olan bir yeniyetmə saxlanılıb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31