Paytaxtda sərnişin avtobusu marketə çırpıldı
2 Aprel 2019 13:33 KriminalAprelin 2-də saat 07:30 radələrində 62 nömrəli marşrut xəttində 10TG992 DQN-li avtobusun iştirakı ilə qəza olub. Bakı Nəqliyyat Agentliyindən "OLAYLAR"-a bildirilib ki, avtobusun sürücüsü Tusi küçəsində son dayanacaq məntəqəsində dönmə manevrini yerinə yetirərkən idarə etməni itirib. Digər nəqliyyat vasitələrinə və piyadalara zərər vurmamaq üçün avtobusu səkiyə doğru yönəldib və avtobus yaxınlıqdakı dükanın divarına dəyib. Hadisə nəticəsində xəsarət alan yoxdu. Məsələ diqqətimizdədi müvafiq araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31