Nizami küçəsində dəhşət – Ruhi xəstə yolun ortasında öldü

Tərtər şəhərində ağır yol qəzası baş verib.

Martın 31-də saat 22 radələrində Tərtər şəhərinin Nizami küçəsində şəhər sakini C.Səfərov idarə etdiyi "QAZ-3110" markalı avtomobillə yolu keçən həmyerlisi, 1973-cü il təvəllüdlü Vüqar Məmmədovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Ölən şəxsin ruhi xəstə olduğu və maşının qarşısına qəfil çıxdığı bildirilir.

Tərtər RPŞ tərəfindən araşdırma aparılır.

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31